Azərbaycan Ermənistana vaxt verib - Daha ağır döyüşlər başlaya bilər
05 Apr 2021 11:12
6667

Azərbaycan Ermənistana vaxt verib - Daha ağır döyüşlər başlaya bilər

Ermənistan yalnız Azərbaycanın düşməni yox, türkün, türkçülüyün düşmənidir. Fransanın məşhur "france24.com" saytının Dağlıq Qarabağdan hazırladığı xüsusi reportaj erməni adamının daxilində gəzdirdiyi nifrəti çılpaqlığı ilə açıb ortaya qoyub. Xankəndinin mərkəzi küçəsində lentə alınmış kadrlar bir çox məqamları ilə diqqət çəkir. 

Jurnalistlərlə danışan ermənilər hər dəfə "türk" ifadəsi işlədirlər. Müsahibə verən ermənilərdən biri deyir ki, hər tərəf türklərdir. Hara baxırıq türkləri görürük. Heç vaxt ağlımıza gəlməzdi ki, türklər gəlib bu yerlərə çıxa bilərlər. Jurnalist sonda izah etməli oldu ki, ermənilər azərbaycanlılara da türk deyirlər. Onlar üçün Türkiyə türkləri ilə Azərbaycan türkləri arasında elə bir fərq yoxdur.

Yerli erməni din xadimi isə bildirir ki, bu, dini müharibə deyil: "Təəssüf ki, biz düşmən xalqların əhatəsində yaşayırıq". Reportajda qeyd olunur ki, Azərbaycan türkcə danışan müsəlman xalqıdır. Türkiyə və Azərbaycanda deyirlər ki, biz iki dövlətik, amma bir millətik.

Tarixdə baş verənlərdən dərs götürmək tarix dərslərindən daha önəmlidir. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə Ermənistana elə bir dərs keçdi ki, düşmən çətin ki yaxın 50 ildə bunu unutsun. Bununla Ermənistanın yalnız Azərbaycana deyil, türk dünyasına zaman-zaman vurduğu yaraların, xainliyin, satqınlığın soyqrımlarının qisası alındı. Erməni ideologiyasının, işğalçılıq siytasətinin həm Azərbaycana, həm digər qonşu ölkələrə, eləcə də türk dövlətlərinə qarşı əsassız torpaq iddiaları məhv oldu. Azərbaycan 6 həftə çəkən müharibə ilə bütün dünyaya türkün gücünü, türk ordusunun nəyə qadir olduğunu göstərdi.

Rəsmi İrəvan da, revanşist qüvvələr də, elə onların arxasında dayanan havadarları da anlamalıdırlar ki, Azərbaycanı yenidən dəmir yumruğunu işə salmaq məcburiyyətində qoya bilərlər. Ermənistanın kapitulyasiya aktı kimi qəbul edilən 10 Noyabr (2020) bəyanatından sonra sənədin müddəlarını yerinə yetirmək əvəzinə təxribatlarından, revanşist açıqlamalarından bir an olsun belə əl çəkməyən Ermənistanın dairələri yeni reallıqlarla barışmaq əvəzinə bu addımlarla aranı yenidən qarışdırmağa, super gücləri regiondakı vəziyyətə müdaxil etməyə sövq etmək üçün əllərindən gələni edirlər. Azərbaycan isə hələ ki, düşmənin vəziyyətdən düzgün nəticə çıxaracağına, xülyalarında qurduqları "məğlubedilməz armada", "böyük Ermənistan" ideologiyalarının sadəcə mif, sabun köpüyündən başqa bir şey olmadığını anlayacağına ümid bəsləyir. Əks halda növbəti ağır və öldürücü zərbə qaçılmaz olacaq. 

Necə ki, 27 sentyabra kimi Azərbaycan eyni səbri göstərirdi. Lakin bardağı daşıran son damla istənilən an baş verə bilər. Ermənistan hərbi-siyasi rəhbərliyi, müxtəlif dairələr vəziyyəti düzgün qiymətləndirməzsə, olub-qalan varlıqları da sual altına düşəcək. Azərbaycan Ermənistana qaçdı-tutdu oynamağı dayandırıb bəyanatın müddəalarını icra etmək üçün vaxt verib, əks təqdirdə hər şey dayandığı yerdən davam edəcək... /Milli.az

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər