İran 24 saat ərzində internetə çıxışı bərpa edəcək, qoşulma prosesinə artıq start verilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə ISNA agentliyi Rabitə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Materialda qeyd olunur ki, müvafiq sərəncamı rabitə və informasiya texnologiyaları naziri Səttar Haşimi verib. pizza hut
Mayın 25-də İran Prezidenti Məsud Pezeşkian ölkədə internetə çıxışın bərpası barədə göstəriş verib və müvafiq fərman Rabitə Nazirliyinə göndərilib.
"NetBlocks" monitorinq layihəsi elə həmin gün "X" sosial şəbəkəsində bildirib ki, İranda 80 gündən çoxdur internet yoxdur. Aprelin əvvəlində xidmət qeyd etmişdi ki, İranda internetin kəsilməsi müşahidələr tarixində istənilən ölkədə qeydə alınmış ən uzunmüddətli ümummilli internet kəsintisi olub.
Ölkədə internet fevralın 28-də ABŞ və İsrailin hərbi əməliyyatları başladıqdan sonra kəsilib./Oxu.az
Telegram kanalımız