Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 26-da keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb.
Bu barədə “Yeni Sabah”a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər. pizza mizza
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Bu imtahanda iştirakı nəzərdə tutulan 55282 nəfərdən 398 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 2 nəfər imtahandan xaric olunub.
İmtahan iştirakçıları arasında 4 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onların siyahısını təqdim edirik:
- Bakı şəhəri, Bakı türk liseyində təhsil alan (Türkiyə Dəyanət Vəqfi) Ayişə Mirzəxan qızı Mirzəzadə;
- Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyasında təhsil alan Abdullah Elman oğlu Emin;
- Naxçıvan şəhəri, M.C.Cəfərov adına 14 saylı tam orta məktəbdə təhsil alan Əli Nazim oğlu Cəfərli;
- Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Xalıqov adına 1 saylı tam orta məktəbdə təhsil alan Gülay Ruslan qızı Abdullayeva.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 1 iyun saat 10:00-dan 3 iyun saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Telegram kanalımız