Azərbaycan Hadoop istifadəçilər qrupunun görüşü keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Hadoop istifadəçilər qrupunun görüşü keçiriləcək

Rəqəmsal

01 Mart 2019 16:13 1111


10 mart 2019-cu il tarixində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və Tech Academynin birgə təşkilatçılığı ilə Azərbaycan Hadoop istifadəçilər qrupunun görüşü keçiriləcək.

“Yeni Sabah” xəbər verir ki, Big data texnologiyalarının tətbiq sahələri, yeni nəsil datawarehouse sistemləri, Data Analitika mərhələləri və bir çox əhəmiyyətli mövzuların müzakirə olunacağı görüşdə tanınmış xarici və yerli mütəxəssislərin iştirakı nəzərdə tutulur. 

Tədbirin spikerləri ADA Universitetinin Data Analytics mərkəzinin rəhbəri Abzetdin Adamov, Türkiyədə KOMTAŞ məlumatların idarəolunması mərkəzinin big data üzrə analitiki Zekeriyya Beşiroğlu və Azərbaycan Oracle istifadəçilər qrupunun rəhbəri, “Oracle ACE Director” mükafatın sahibi Kamran Ağayev  olacaqlar. Pepperoni pizza

Tədbirdə iştirak ödənişsizdir. 

 

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!