Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verdi

Rəsmi

29 İyun 2025 11:20 1017


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal Asim Munirə başsağlığı ünvanlayıb.

Yenisabah.az xəbər verir ki, başsağlığında deyilir:

"İyunun 28-də Pakistanın Şimali Vəziristan bölgəsində 13 hərbçinin həyatına son qoyan, mülki şəxslər də daxil olmaqla çoxlu sayda insanın yaralanmasına səbəb olan dəhşətli terror aktı nəticəsində həlak olan və yaralananlarla bağlı xəbər məni hədsiz kədərləndirdi. pizza hut

Biz terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayırıq.

Baş vermiş partlayış nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir, Allahdan bütün yaralılara şəfa diləyirəm.

Allah rəhmət eləsin".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!