Azərbaycan naziri Fransada

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan naziri Fransada

İqtisadiyyat

23 Fevral 2019 23:28 1162


Paris Sərgilər Parkında 56-cı Beynəlxalq Kənd Təsərrüfatı sərgisinin açılış mərasimi olub. 

“Yeni Sabah” xəbər verir ki, mərasimdə Fransa Prezidenti Emmanuel Makron dünyanın 40 ölkəsindən gəlmiş kənd təsərrüfatı nazirləri və dövlət katibləri qarşısında çıxış edib.

Azərbaycan sərgidə kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Pepperoni pizza

“Qadınlar, kişilər, istedadlar” mövzusuna həsr olunmuş beynəlxalq sərgidə kənd təsərrüfatının heyvandarlıq, bitkiçilik, bağçılıq, bostançılıq sahələri, peşə və xidmətlər, eləcə də dünyanın və Fransanın dənizətrafı region və departamentlərinin kənd təsərrüfatı məhsulları nümayiş etdirilir.

Qeyd edək ki, hər il 630-650 min ziyarətçi, minlərlə iştirakçı, 32 min mütəxəssis kənd təsərrüfatındakı yeniliklərlə tanış olmaq üçün bu beynəlxalq sərgiyə qatılır. Builki sərgi martın 3-dək davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!