Azərbaycan nümayəndə heyəti “Pekin-2022”nin açılışında iştirak edəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nümayəndə heyəti “Pekin-2022”nin açılışında iştirak edəcək

İdman

04 Fevral 2022 16:02 639


Azərbaycan nümayəndə heyəti “Pekin-2022” Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimində iştirak edəcək.

Gənclər və İdman Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinin üzvləri Qış Olimpiya Oyunlarında Azərbaycanın şef de-missionu Anar Bağırov, məşqçi Aleksey Çetvertuxin və Azərbaycan Olimpiya komandasının bayraqdarı Vladimir Litvinsev Pekin Milli Stadionunda təşkil olunacaq açılış mərasiminə qatılacaq.

XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi  Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. pizza

“Pekin-2022” Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasiminə Azərbaycan nümayəndə heyətinin üzvləri 42-ci çıxacaq.

Mehri QURBAN


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!