Bu gün Azərbaycan Premyer Liqasında 2022-ci ilin ilk oyunları keçiriləcək.
Yenisabah.az xəbər verir ki, 2021/2022 mövsümünün ikinci yarısına 15-ci turun matçları ilə start veriləcək. İlk oyun günündə 2 görüş oynanılacaq. Əvvəlcə "Keşlə" "Zirə"ni qəbul edəcək.
Turun mərkəzi qarşılaşmasında isə "Qarabağ" "Neftçi"nin qonağı olacaq. Dominos pizza
Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.
7 fevral (bazar ertəsi)
16:00. “Keşlə” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Əliyar Ağayev
“ASK Arena”.
19:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Fərid Hacıyev
“Bakcell Arena”.
8 fevral (çərşənbə axşamı)
17:00. “Sabah” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cavanşir Yusifov, Tural Qurbanov
“Bank Respublika Arena".
19:15. “Səbail” – “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Rövşən Rəcəbov
“ASCO Arena”.
Bombardirlər:
Davit Volkov ("Zirə") - 10 qol
Filip Ozobiç ("Qarabağ") - 7 qol
Musa Qurbanlı ("Qarabağ") - 6 qol
Abdullah Zubir ("Qarabağ") - 6 qol
Coy-Lens Mikels ("Sabah") - 6 qol
Ülvi İsgəndərov ("Qəbələ") - 5 qol
Telegram kanalımız