Azərbaycan Türkiyədən kamikaze dron alacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Türkiyədən kamikaze dron alacaq

Siyasət

01 Oktyabr 2026 21:16 89


Azərbaycan müdafiə sənayesi sahəsində növbəti mühüm addımı ataraq Türkiyənin "Baykar" şirkəti tərəfindən istehsal olunan "MIZRAK" kamikadze dronlarının ilk xarici alıcısı olub.

“Yeni Sabah” xəbər verir ki, "Baykar Makina"nın uzaqmənzilli birtərəfli hücum vasitələri sırasına daxil olan "MIZRAK" modullu konstruksiyası və yüksək texnoloji göstəriciləri ilə diqqət çəkir. PUA-nın modul bölməsində isteyə uyğun olaraq iki ədəd 20 kiloqramlıq və ya bir ədəd 20 kiloqramlıq döyüş başlığı yerləşdirmək mümkündür.

Milli Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətini yeni səviyyəyə qaldıracaq sistemin əsas üstünlükləri: pizza sifarişi

Strateji Mənzil: İstehsalçı məlumatlarına görə, PUA-nın fəaliyyət radiusu 1000 kilometrə çatır.

Radar Aşkar Etmə Təcrübəsi: Qabaqcıl passiv RF (Radio Tezlik) axtarıcısı ilə təchiz edilən dron düşmən radar siqnallarını asanlıqla aşkar edərək hədəfə yönələ bilir.

Çevik İnteqrasiya: Sistem mürəkkəb buraxılış infrastrukturundan tamamilə müstəqildir.

Qarşılıqlı Döyüş Şəbəkəsi: "MIZRAK" Azərbaycan ordusunun arsenallarında artıq mövcud olan "Bayraktar TB2" və "AKINCI" PUA-ları ilə tam inteqrasiya olunmuş şəkildə qarşılıqlı fəaliyyət göstərmək imkanına malikdir.

Bu anlaşma Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlığın daha da dərinləşdiyini və ordunun modernizasiya prosesinin sürətlə davam etdiyini növbəti dəfə sübut edir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!