Azərbaycan və Çin hərbi sahədə əməkdaşlığı müzakirə edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Çin hərbi sahədə əməkdaşlığı müzakirə edildi

Rəsmi

14 İyun 2024 13:26 2776


Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Çin Xalq Azadlıq Ordusunun Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəis müavini general-mayor Yao Qinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri çinli qonağı Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti barədə məlumatlandırıb. pizza mizza

General-mayor Y.Qin hər iki ölkənin orduları arasında qarşılıqlı təcrübə mübadiləsi, eləcə də münasibətlərin daha da inkişaf etdirilməsi məqsədi ilə mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Çinli qonaq Azərbaycan müdafiə nazirini cari ilin sentyabr ayında Pekində keçiriləcək 11-ci Pekin Syanşan Forumuna dəvət edib.

Çinin Azərbaycanla birlikdə regionda sülhün və sabitliyin təmin olunması üçün dəstək verməyə hər zaman hazır olduğu qeyd edilib.

Görüşdə, həmçinin Azərbaycan və Çin arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində qarşılıqlı maraq doğuran məsələlər barədə geniş müzakirələr aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!