Futzal üzrə dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsinə yekun vurulub.
Yenisabah.az xəbər verir ki, altı qrupda ilk iki yeri tutan komandalar elit raunda vəsiqə qazanıblar.
Qrup ikincisi kimi mərhələ adlayan Azərbaycan millisi ilə yanaşı, elit raundda Xorvatiya, Fransa, Gürcüstan, İtaliya, Polşa, Portuqaliya, Rumıniya, Ukrayna, İspaniya, Qazaxıstan və Ermənistan seçmələri mübarizə aparacaqlar. pizza mizza
Bu mərhələnin püşkü iyulun 5-də atılacaq.
Telegram kanalımız