CHP-də baş verənlərin arxasında hakimiyyət dayanır? -   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

CHP-də baş verənlərin arxasında hakimiyyət dayanır? - AÇIQLAMA

Dünya

25 May 2026 17:17 135


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) müxalif Cümhuriyyət Xalq Partiyasında (CHP) baş verənlərə münasibət bildirib.

“Yeni Sabah” “Sözçü”yə istinadən xəbər verir ki, AK Parti sözçüsü Ömer Çelik hadisələri CHP-nin daxili problemi adlandırıb.

O, iqtidarın bu prosesdə heç bir rolunun olmadığını vurğulayıb. pizza sifarişi

Ö.Çelik CHP-nin vəzifəsindən uzaqlaşdırılan sədri Özgür Özeli öz idarəçilik uğursuzluqlarını gizlətmək üçün AK Partini hədəf seçməkdə günahlandırıb.

Özgür Özelin polisin müdaxiləsindən sonra reallaşdırdığı etiraz yürüşünə toxunan Ö.Çelik müxalifət liderinin TOMA-nın (su şırnağı maşını) üzərinə çıxmasını kəskin tənqid edib:

“Kürsüdə var ola bilməyənlər TOMA-ya dırmaşmağa çalışır. Sizin orada nə işiniz var?".

Ö.Özelin iqtidara yönəlik ittihamlarını rədd edən partiya sözçüsü CHP-ni korrupsiyada günahlandırıb:

“Bizim məhkəmə qollarımız yoxdur. Uydurma ifadələr işlətmək əvəzinə, öz partiyanızdakı siyasi və iqtisadi korrupsiya qollarına baxın”.

Ö.Çelik, həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanın onların “qırmızı xətti” olduğunu və dövlət başçısına qarşı yönələn tənqidləri birmənalı olaraq rədd etdiklərini vurğulayıb.

Qeyd edək ki, CHP-nin 2023-cü il noyabrın 4-5-də keçirilmiş 38-ci qurultayının nəticələri ləğv edilib. Bununla bağlı Ankara Məhkəməsi qərar çıxarıb. Qərara əsasən, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. Eyni zamanda, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu sədr postuna bərpa edilib.

Mayın 24-də polis Ö.Özel və tərəfdarlarından qərərgahı boşaltmağı və K. Kılıçdaroğluna təhvil verməyi tələb edib. Onlar bununla razılaşmayıb. Nəticədə polis partiya qərərgahının qapısını qıraraq içəri girib. Bu zaman müqavimət göstərənlərə qarşı gözyaşardıcı qazdan istifadə olunub. Sonda Ö.Özel və tərəfdarları qərərgahdan çıxıb. Onlar Türkiyə Böyük Millət Məclisinə yürüş edib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!