Azərbaycanda 13 milyondan çox peyvənd vurulub

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 13 milyondan çox peyvənd vurulub

Sosial

25 Mart 2022 19:20 353


Azərbaycanda son sutkada koronavirus əleyhinə 6 477 vaksin vurulub.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahı məlumat yayıb.

Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 369, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 691, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5 061, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 356 nəfərdir. pizza

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 388 971, birinci doza peyvəndlərin ümumi sayı 5 320 442, ikinci doza vaksinlərin sayı 4 816 763 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 026 385, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 225 381 olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!