Azərbaycanda 7 mindən çox əlillik təyinatı ləğv edilib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 7 mindən çox əlillik təyinatı ləğv edilib

Sosial

05 May 2021 16:09 914


Son illərdə 7000-dən çox saxta, əsassız əlillik təyinatı ləğv edilib.

Yenisabah.az-ın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov bildirib.

Agentlik sədri qeyd edib ki, bununla da illik 30 milyon, aktuar hesablamalara əsasən, uzunmüddətli dövr üzrə 735 milyon manatdan çox büdcə vəsaitinin qanunsuz xərclənməsinin qarşısı alınıb: pizza mizza

“Nazirlər Kabinetinin qərarı ilə ölkə üzrə qüvvədə olan müddətli əlillik işləri hər hansı yoxlama olmadan, müayinələr aparılmadan avtomatik olaraq 5 il müddətinə uzadılıb. Bu qərar 190 min şəxsi əhatə edib. Hazırda əlillik müddətləri bitən şəxslərin əlilliyinin yenidən qiymətləndirilməsi işləri aparılır:

"Əlillik geridönməz hallarda  müddətsiz təyin edilir, bu şəxslərin əlilliyi ömürlük müəyyən olunur. Ona görə də belə şəxslərin əlilliklərinin təkrar müayinəsinə ehtiyac qalmır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!