Azərbaycanda əhali artımı ilə bağlı mühüm xəbər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda əhali artımı ilə bağlı mühüm xəbər

Sosial

17 Sentyabr 2026 17:18 108


Azərbaycanda təbii əhali artımının dinamikasında zəifləmə meyli davam edir.

“Yeni Sabah” Dövlət Statistik Komitəsinə istinadən  xəbər verir ki, bu il ölkədə əhali artımının təxminən 22,5 min nəfər olacağı gözlənilir ki, bu da son illərin en aşağı göstəricisidir.

Ötən illər üzrə məlumatlar da təbii artımın ilbəil sürətlə azaldığını göstərir. Belə ki, əhali artımı 2022-ci ildə 62 036 nəfər təşkil etdiyi halda, 2023-cü ildə 53 625 nəfərə, 2024-cü ildə isə 44 119 nəfərə düşüb. Ötən - 2025-ci ildə isə bu göstərici 36 041 nəfərə qədər geriləyib. pizza sifarişi

Beləliklə, son 4-5 ilin statistika müqayisəsi göstərir ki, ölkədə əhali artımının tempində iki dəfədən çox azalma qeydə alınıb.

Mütəxəssislər bu meyli demoqrafik keçid, nikahların sayında və doğum əmsalında müşahidə olunan dəyişikliklərlə əlaqələndirirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!