Azərbaycanda bələdiyyə binasında müəmmalı ölüm: Mühasibin meyiti aşkarlandı   - Təfərrüat

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bələdiyyə binasında müəmmalı ölüm: Mühasibin meyiti aşkarlandı - Təfərrüat

Hadisə

01 Noyabr 2026 23:49 113


Göygöl rayonunda bələdiyyə mühasibinin meyitinin aşkarlanması ilə bağlı bəzi təfərrüat məlum olub.

"Yeni Sabah" xəbər verir ki, 1963-cü il təvəllüdlü Sovda Əsəd oğlu Orucov 20 il ərzində Çaykənd bələdiyyəsində mühasib vəzifəsində çalışıb.

O, bu gün işə gedib. Axşam saatlarında bələdiyyə binasının işıqlarının yandığını görən digər əməkdaşlar binaya daxil olublar. Bu zaman onun meyitini aşkarlayıblar. pizza mizza

Meyit tibbi ekspertizaya göndərilib. Ölümün səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, mərhumun meyitinin üzərində gözlə görünən zorakılıq əlamətləri aşkarlanmayıb. O, ailəli olub və üç övladı var.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!