Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTOLAR

Siyasət

02 Noyabr 2026 00:16 85


Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub.

"Yeni Sabah" xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri tamaşaya baxıblar.

Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində yerləşən və müasir incəsənətə həsr olunmuş beynəlxalq mədəniyyət məkanı “Wadi AlFann”ın sifarişi ilə hazırlanan “Zikra: xatirələr gecəsi” tamaşası çoxsaylı mükafatlara layiq görülmüş rejissor və xoreoqraf Əkrəm Xanın ən son yaradıcılıq işidir. Toyuqlu pizza

Müasir rəqs və klassik hind rəqsinin özünəməxsus hərəkət dilini bir araya gətirən Əkrəm Xan bu layihədə vizual rejissor Mənal Əl-Dovayan ilə əməkdaşlıq edib.

Tamaşada qadınlar bir gecəlik bir araya gələrək özlərindən əvvəl yaşamış insanların ruhlarını oyatmağa çalışırlar. Müqəddəs mərasim və ortaq xatirələrin yada salınması vasitəsilə onlar zamanın sərhədlərini aşaraq keçmişlə bu günü birləşdirir, mənəvi yenilənmə aktını gerçəkləşdirirlər.

Tamaşanın orijinal musiqisi hindəsilli amerikalı müğənni və bəstəkar Aditya Prakaş tərəfindən bəstələnib.

Tamaşanın vizual dünyası “Wadi AlFann”ın rəssamı Mənal Əl-Dovayan tərəfindən yaradılıb. O, 60-cı Venesiya Biennalesində Səudiyyə Ərəbistanı pavilyonunda nümayiş etdirilən irimiqyaslı multimedia instalyasiyası ilə tanınır.

“Zikra” layihəsində rəssam ənənəvi sənətkarlıq nümunələrini müasir formalarla birləşdirib. Təbii boyalar səhranın rəng çalarlarını əks etdirir, Əl-Ulanın irsindən qaynaqlanan həndəsi naxışlar isə hər bir obrazın rolunu və simvolik mənasını vurğulayır.

Qeyd edək ki, səhnə əsəri Əl-Ulanın qədim miflərindən və möhtəşəm təbiət mənzərələrindən ilhamlanaraq hazırlanıb. Tamaşanın məkan üçün xüsusi olaraq yaradılmış dünya premyerası 2025-ci ilin yanvarında nümayiş etdirilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!