Azərbaycanda jurnalist qətlə yetirildi  - Foto
21 Yan 2021 21:09
892

Azərbaycanda jurnalist qətlə yetirildi - Foto

Şəmkir rayonunda qətl hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Qədim Qala kəndində törədilib. Kənd sakini, 1985-ci il təvəllüdlü Əliyev Bəxtiyar Adil oğlu odlu silahla qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Məlumata görə, Bəxtiyar Əliyevi yaxın qohumu Vasif Aslanov (dayısı oğlu) qətlə yetirib.

Qeyd edək ki, mərhum bölgədə fəaliyyət göstərən qəzetlərdən birinin redaktoru olub.  /APA

Azərbaycanda jurnalist qətlə yetirildi  - Foto
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər