Azərbaycanda kişi oğlunun sinif yoldaşını döydü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda kişi oğlunun sinif yoldaşını döydü

Hadisə

23 Sentyabr 2024 11:13 619


Beyləqan rayon 1-ci Şahsevən kənd Əli Rüstəmov adına tam orta məktəbdə şagirdlər arasında mübahisə baş verib. 

Modern.az-ın məlumatına görə, mübahisədən sonra şagirdlərdən birinin valideyni digər məktəbliyə xəsarət yetirib. 

Mövzu ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.  Dominos pizza

Qurumdan bildirilib ki, Beyləqan rayonu 1-ci Şahsevən kəndi Əli Rüstəmov adına 2 nömrəli tam orta məktəbin IX A sinif şagirdi Həsənov Musa Zahid oglu sinif yoldaşı İbişzadə Yusif Ruslan oğlunun atası tərəfindən döyülüb: 

“Şagird Musa Həsənovun anası məktəbin ibtidai sinif müəllimi Səidə Həsənova Daxili İşlər Nazirliyinin 102 "qaynar xətt"inə zəng edərək polisə şikayət edib. Hazırda Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!