Azərbaycanda koronavirusdan 5 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusdan 5 nəfər öldü

Sosial

28 Avqust 2023 16:56 386


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (21.08.2023-27.08.2023) 111 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib. 

Azərbaycanda indiyədək ümumilikdə 832 132 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 773 nəfər müalicə olunaraq sağalıb, 10 300 nəfər vəfat edib, aktiv xəstə sayı 109 nəfərdir.  pizza hut

Ölkədə son həftə ərzində 3 386, hazırkı dövrədək isə 7 671 823 test aparılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!