Əli Əsədov qərar imzaladı -   Vətəndaşlara bu icazə verildi

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov qərar imzaladı - Vətəndaşlara bu icazə verildi

Siyasət

20 May 2026 15:18 390


Mayın 25-də saat 00:00-dan dəmiryol nəqliyyatı vasitəsilə Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycana vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikası ilə Gürcüstan arasında giriş-çıxışına icazə veriləcək.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etməlidirlər. pizza

Nazirlər Kabineti dəmiryol nəqliyyatı vasitəsilə Azərbaycan Respublikası ilə Gürcüstan arasında sərnişin daşımalarına icazə verilməsi ilə bağlı “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara da müvafiq dəyişiklik edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!