“Avtomobil bazarı digər bazarlardan fərqli olaraq daha çox inzibati təsirlərdən asılıdır. Müşahidələr göstərir ki, avtomobil bazarında baş verən proseslər, yəni qiymət dəyişikliyi adətən hökumət bu sahəyə məhdudiyyətlər qoyan, zərər vuran qərarlar qəbul edərkən baş verir”.
Bunları “Yeni Sabah”a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, son dövrlərdə belə qərarlar qəbul olunmayıb. Ona görə avtomobil bazarındakı vəziyyəti də stabil hesab etmək olar:
“Ötən illərdə, xüsusilə, son iki il ərzində qiymət dəyişməsi daha çox müşahidə olunurdu. Bu da ondan irəli gəlirdi ki, idxalı məhdudlaşdıran qərarlar qəbul olunurdu. Bundan başqa xaricdən köhnə avtomobillərin idxalına məhdudiyyətlər qoyulurdu, bu prosesə təkan verirdi. Yəni son bir il ərzində bu prosesdə də bir az sabitləşmə var. Ona görə də avtomobil bazarında da son dövrlərdə əhəmiyyətli dəyişiklik müşahidə olunmur. Passivlik məsələsinə gəldikdə isə bu, ilin əvvəli bağlıdr. Adətən bu aylarda avtomobil bazarında dinamikanın aşağı düşməsi müşahidə olunub. Yəqin ki, martın əvvəlindən tədricən bazarda dinamikanı, alıcıların sayının artdığını görəcəyik”. Dördpendirli pizza
Dövlət Statistika Komitəsinin məlumatına görə isə yanvar ayında Azərbaycanda minik avtomobilləri 0,1% bahalaşıb.Son 1 ildə isə minik avtomobillərinin qiymətində 0,5% azalma qeydə alınıb. Ötən ay 1 minik avtomobilinin orta qiyməti 35 242 manat təşkil edib.
Əsmər Qabil
Telegram kanalımız