Azərbaycanda məktəbdə YANĞIN:   şagird və müəllimlər təxliyə edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda məktəbdə YANĞIN: şagird və müəllimlər təxliyə edildi

Hadisə

05 Dekabr 2024 13:56 724


Tovuz şəhər A.S.Puşkin adına tam orta məktəbdə yanğın baş verib.

Yenisabah.az modern.az-a istinadən xəbər verir ki, yanğına səbəb qısa qapanma olub.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, yanğın məktəbin 3-cü mərtəbəsində naqillərin paylanma qutusunda və kabel xətlərində yaranan qısa qapanma nəticəsində yaranıb. pizza sifarişi

"Məktəbdə yanğın təhlükəsizliyi ilə bağlı əvvəlcədən görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagird və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər.

Onların səhhətində hər hansı bir problem yaranmayıb.

Bildiririk ki, təhsil müəssisəsinin elektrik sisteminə ciddi ziyan dəyib. Təhlükəsizliyi və tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür, məktəbin elektrik sisteminin ən qısa zamanda bərpası çərçivəsində işlər aparılır.

Hazırda müvafiq təhsil sektorunun rəhbərliyi və əməkdaşları təhsil müəssisəsindədirlər", - açıqlamada qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!