Azərbaycanda məscidlər nə vaxt açılacaq?
08 Avq 2020 12:56
670

Azərbaycanda məscidlər nə vaxt açılacaq?

İnsanların qapalı məkanlarda sıx toplaşması nəticəsində virusun yayılması daha çox olur. Bu səbəblə bu il məscidlərin açılması müzakirə olunmur.

Yenisabah.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, bu il xüsusi ildir:

"Nəzərə alın ki, həcc ziyarəti də təşkil olunmadı. Bütün baş verənləri nəzərə alaraq dini ibadət məkanlarının açılması müzakirə mövzusu deyil".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər