“Tütün məmulatlarının qiymətlərinin qalxması idxal rüsumlarının artması ilə bağlıdır. Keçən ilin sonunda bununla bağlı qərar verilmişdi”.
Bu sözləri “Yeni Sabah” a açıqlaması zamanı iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, qiymətlərin artması gözlənilən idi:
“Siqaretin bahalaşmasının sonuncu təqaüd və maaş artımı ilə əlaqəsi yoxdur. Rüsum və aksizlərdə dəyişikliklərlə əlaqədardır. Bu da sosial məsələ olmadığı üçün ciddi etiraz da doğurmur. Çünki dünyanın hər yerində tütün məmulatlarının aksiz vergisi çox baha olur. Etirazla qarşılanmadığı üçün hökumətlərçox rahat şəkild siqaretin, alkoqollu içkilərin rüsumlarını, aksiz dərəcələrini qaldıra bilirlər. Azərbaycanda da belə bir addım atıldı. Qiymətlərin bahalaşması müşahidə olunur. Bunun cəmiyyət tərəfindən ciddi etiraz doğuracağını da düşünmürəm”. pizza hut
Ekspert bildirib ki, burada yeganə problem var:
“Problem ondan ibarətdir ki, Azərbaycanda tütün məmulatlarının qiymətləri çox sürətlə bahalaşsa, ölkəyə gətirilən qeyri-leqal məmulatlarının həcmi arta bilər. Əslində qonşu ölkələrə nisbətən qiymətlərin tənzimlənməsinə də ehtiyac var. Azərbaycanın sərhədyanı ölkələrində, əsasən də Rusiya və Gürcüstanda qiymətlər daha ucuz olsa, qeyri-qanuni yolla gətirilən siqaretlərin həcmində artım müşahidə olunacaq. Bu da dolayı yolla heç bir vergi, gömrük rüsumu ödəmədən bazara çıxan siqaretlərin həcminin artmasına səbəb ola bilər. Yalnız bu məsələdə diqqətli olmaq lazımdır”.
Əsmər Qabil
Telegram kanalımız