Azərbaycanda qorxunc koronavirus statistikası: Son sutkada 8 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qorxunc koronavirus statistikası: Son sutkada 8 nəfər öldü

Sosial

22 Avqust 2022 16:50 1154


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 112 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Yeni Sabah”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 808 713 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 795 222 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 698 aktiv xəstə var. Bu günə qədər 9 793 nəfər vəfat edib. Marqarita pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 280, bu günə qədər isə ümumilikdə 7 122 716 test icra olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!