Azərbaycanda şok: İcra başçısı iclasda söyüş söydü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda şok: İcra başçısı iclasda söyüş söydü

Hadisə

07 Oktyabr 2022 11:45 13250


Qazax rayon İcra başçısı Rəcəb Babaşov sentyabrın ilk həftəsində, rayon nümayəndələrinin iştirakı ilə qəbul keçirib. Qəbulda bələdiyyələr, icra nümayəndələri, ayrı-ayrı müəssisə və təşkilat rəhbərləri, həmçinin regional qaz, işıq idarələrinin, səhiyyə, suvarma-sistemlərinin, su-kanalizasiya idarələrinin rəhbərləri iştirak edib.

Baş tutan iclasda icra başçısı Rəcəb Babaşov tərəfindən Kosalar kənd icra nümayəndəsi Bəxtiyar Əmirovun ünvanına nalayiq ifadələr işlədilib.

R. Babaşovun icra nümayəndəsini təhqir etmə səbəbi kimi Kosalar kəndində yetkinlik yaşına çatmayan qız uşağının ailə həyatı qurması olub. Bundan sonra o, kənd icra nümayəndəsinin təhqir etməyə davam edib, nalayiq ifadələrdən istifadə edərək söyüb. pizza hut

Bu barədə 32gun.az-a qəbulda iştirak edən icra nümayəndələrindən biri (adının açıqlanmasını istəməyən şəxs) məlumat verib.

Onun sözlərinə görə, məsələnin bu yerə çatmasının səbəbi, yetkinlik yaşına çatmayan qızın ailə qurması ilə bağlı icra hakimiyyətinə məlumat verilməməsi olub.

Həmçinin, Rəcəb Babaşov bildirib ki, bundan sonra hansısa kənddə belə bir hal baş verərsə, ... (icra başçısı nalayiq ifadələrinə davam edib).

O, sözünə əks hərəkət edəcək şəxslərə "var-yox" söyüşü söyüb (nalayiq ifadələrinə davam edir).

Maraqlısı bundadır ki, Rəcəb Babaşovun qəbulunda qadınlar olmasına baxmayaraq, o, söyüşlü ifadələrindən rahatlqıla istifadə etməyə davam edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!