Azərbaycanda vəzifəli şəxsin oğlu yol qəzası törətdi, ölən var

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda vəzifəli şəxsin oğlu yol qəzası törətdi, ölən var

Kriminal

06 Sentyabr 2020 09:07 2790


Xaçmazda avtomobil yolu keçmək istəyən piyadanı vuraraq öldürüb.

“Yeni Sabah” xəbər verir ki, hadisə Xaçmaz-Xudat yolunun rayonun Çinartala kəndindən keçən hissəsində qeydə alınıb.

Xaçmazın Palçıqoba kənd sakini, 1993-cü il təvvəllüdlü Səlim Natiq oğlu Alışov yolu keçmək istəyərkən onu "Mercedes" markalı avtomobil vurub. S.Alışov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və ona açıq kəllə-beyin travması, sağ baldır sümüyünün açıq yarası diaqnozları qoyulub. Yaralıya tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. pizza

Şahidlərin sözlərinə görə, hadisəni törədən "Mercedes" markalı avtomobilin sürücüsü 3 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini Vüqar Məmmədovun oğlu Firuz Məmmədovdur.

Faktla bağlı araşdırma aparılır. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!