Azərbaycanda dəhşətli qəza: iki gənc həyatını itirdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dəhşətli qəza: iki gənc həyatını itirdi

Hadisə

26 May 2026 09:07 635


Ağsuda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Sabah” xəbər verir ki, hadisə rayonun Dilman kəndi ərazisində qeydə alınıb.

BYD markalı minik avtomobil kənd ərazisində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı beton bəndə çırpılıb. Avtomobil daha sonra körpüdən Ağsu çayına aşıb. pizza mizza

Hadisə nəticəsində avtomobildə olan 1999-cu il təvəllüdlü Kamran Cəfərov və 2004-cü il təvəllüdlü Səid Qasımov hadisə yerində ölüblər.

Avtomobildə olan daha iki sərnişin - 2005-ci il təvəllüdlü İsmayıl Baxışov və 2006-cı il təvəllüdlü Şahvələd Şəfaqətov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!