Azərbaycanda yoluxma sayı 600-ü keçdi:   2 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yoluxma sayı 600-ü keçdi: 2 nəfər öldü

Sosial

23 Avqust 2022 16:46 1017


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 622 yeni yoluxma faktı qeydə alınıb, 678 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 809 335 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 795 900 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 640 aktiv xəstə var. Bu günə qədər 9 795 nəfər vəfat edib. Sezar pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 442, bu günə qədər isə ümumilikdə 7 127 158 test icra olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!