Azərbaycanın ən uzunömürlü məmuru – Özü də liftdə qalıb...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın ən uzunömürlü məmuru – Özü də liftdə qalıb...

Siyasət

16 Fevral 2019 14:53 1105


30 ildir Sumqayıt Şəhər "Lift-Servis” Birliyinin direktoru Cümşüd İsmiyev maraqlı açıqlamalar verib.

“Yeni Sabah” xəbər verir ki, o, 1989-cu ildən – idarə yaranandan bu quruma rəhbərlik edir. Lift idarəsinə rəhbərlik edən İsmiyev özü də liftdə qaldığını etiraf edib: "Bəli, lap çoxdan olub belə hadisə. Sumqayıtda lift olan binalardan birində yaşayırdım. Çox qısa müddətliyinə lift xarab oldu, zəng etdim, gəlib lifti açdılar. Lakin indiki dövrdə liftlərdə qalmaq probleminə çox nadir hallarda rast gəlmək olar. Ya insanların öz məsuliyyətsizliklərindən, ya da ki, mərkəzi qaydada elektrik kəsilərsə, liftdə qalma halları baş verə bilər. Bu zaman dispetçer xidmətimizin işçi qüvvəsi qısa zaman ərzində bağlı liftlərdə qalan insanların köməyinə gəlir".

Əsas hobbisi ov etmək olan birlik direktoru deyir ki, əvvəllər bu işlə daha çox məşğul olurdu. İndi isə o, vaxt azlığından sevimli hobbisinə vaxt tapmır. C.İsmiyev 30 il müddətində rəhbərlik etdiyi qurumun bir sıra nailiyyət əldə etdiyini bildirib: "Direktor olduğum bu 30 il müddətində idarəmizin və mənim əldə etdiyimiz ən böyük uğur, ən önəmlisi isə ölkəmizdə ilk dəfə pilot layihə olaraq Sumqayıtda lift xidmətinin internetlə intellektual idarəetmə sistemi yaradılmasıdır. Sezar pizza

Ötən ildən Azərbaycanda ilk dəfə olaraq Sumqayıt şəhərində pilot lahiyə kimi lift xidmətinin intellektual idarəetmə sistemi yaradılıb.Yeni yaradılan sistem vasitəsi ilə əhaliyə göstəriləcək xidmətlərin keyfiyyəti daha da yaxşılaşdırılıb. Önümüzdəki illərdə bütün lift olan binalar intellektual idarəetmə sisteminə keçəcək". (Xeberle.com)

Onu da qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti 29 çoxmənzilli yaşayış binasında 74 istismara yararsız liftin təmirinin satınalınması ilə bağlı bu gün tender elan edib. Təkliflər qiymətləndirilərkən aşağı qiymət, yüksək keyfiyyət və bu sahədə təcrübəsi olan şirkətlərə üstünlük veriləcək. Tenderdə iştirak haqqı 240 manatdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!