Azərbaycanlı futbolçu Rusiyada klubunu dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı futbolçu Rusiyada klubunu dəyişdi

İdman

06 Fevral 2022 21:07 749


Azərbaycanlı futbolçu Kamran Əliyev Rusiyanın “Ximki” klubundan ayrılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Müqaviləsinə xitam verən 23 yaşlı hücumçu birinci divizionda çıxış edən “SKA-Xabarovsk” klubuna keçib  Marqarita pizza

Qeyd edək ki, "Ximki”nin yetirməsi olan Kamran Əliyev "qırmızı-qaralar"ın heyətində 88 oyun keçirib. O, 2019-2020 mövsümündə - komanda birinci divizionda çıxış edəndə "Ximki"nin bombardiri olub.

Kamran Əliyev 2018-ci ildə Azərbaycanın U-21 yığmasına cəlb olunub. O, həmin dövrdə milli komandamızda 2 oyuna çıxıb, 1 qol vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!