Azərbaycanlı qadınlar niyə əcnəbilərlə ailə qurur? - Açıqlama
27 Okt 2019 07:40
395

Azərbaycanlı qadınlar niyə əcnəbilərlə ailə qurur? - Açıqlama

2018-ci ildə Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 62484 nikaha daxilolma, 14857 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeydə alınan nikahlardan 1133-ü Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 1060-ı isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanan nikahlardır.

2003-cü ildən nikahların, həm də boşanmaların sayında artım müşahidə olunurdusa, 2008 və 2009-cu illərdə bu göstəricilər əvvəlki illərə nisbətən bir qədər azalıb.  

“Yeni Sabah” xəbər verir ki, Oxu.Az-a danışan “Təmiz Dünya“ İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, ailə daxili münasibətlərdə qarşılıqlı etimad yoxdur:

“Mən bunu daha çox psixoloji amillə bağlayıram. Əsas məsələ evlilik dövrünün ilkin mərhələsində qarşılıqlı etimadın olmamasıdır. Ailələrə kifayət qədər müsbət olmayan müdaxilələr var. Həmçinin, bir çox xidmət paketləri müasir dövrə uyğun olaraq hələ tam formalaşmayıb ki, insanlar öz ailəsini qorumaq üçün müraciət eləsin. Bizdə bu ənənədə yoxdur.

Boşanmanın əsas səbəblərindən biri də tender rollarının dəyişməsidir. Belə ki, qadınlar daha çox məşğuldurlar. Bu da ailə münasibətlərinə öz təsirini göstərir. Eyni zamanda, kişi bu bərabərliyi qəbul etmək istəmir. Qadının ənənəvi rolunun ev və uşaqla məşğul olmalı olduğunu düşünür. Yəni qadını başqa rolda görməyə o qədər də hazır deyil.

Son vaxtlar qadına qarşı zorakılıq artıb. Əvvəllər bu, cəmiyyətdə ənənəvi olaraq ailə münasibətlərinə görə qəbul olunurdu. İndi isə qadınlar zorakılıqlara dözmür. Kişilər ailənin müqəddəsliyini, qadın və uşaq qarşısındakı məsuliyyət imicini qoruyub saxlaya bilmirlər. Düzdür, qadınlarda da bu kifayət qədər geniş yayılıb. Amma biz kişini ənənəvi olaraq ailənin yükünü çəkən obrazda görmüşük. Hazırda isə qadın bu yükü çəkdiyinə görə bir çox şeylərlə razılaşa bilmir. Bu zaman obraz dağılır. Yəni kişi obrazının görülməməsi məyusluq yaradır.

“Bir çox məsələlərdən uzaqlaşmaq üçün ölkədən getməyə üstünlük verirlər. Eyni zamanda düşüncə tərzinə uyğun insan tapmayanda, azadlıq hissi olduğu zaman xaricə üz tuturlar. Çünki başqa ölkələrdə qadınlar daha azad və rahat yaşamaq istəyirlər. Azərbaycanlı qadınlar azad olmaq, ailənin basqılarından qaçmaq üçün əcnəbilərlə ailə həyatı qururlar”.

Oxşar xəbərlər