Azərbaycanlı samboçu bir zərbə ilə adam öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı samboçu bir zərbə ilə adam öldürdü

Dünya

19 Fevral 2019 13:59 1391


Rusiyanın Volqoqrad şəhərində 23 yaşlı azərbaycanlı samboçu Ruslan İsayev 19 yaşlı Aleksandr Babareviçi başına vurduğu bir  zərbə ilə qətlə yetirib.

İnsident fevralın 16-da "Loft" gecə klubunun yaxınlığında baş verib. İddialara görə, azərbaycanlılarla çıxan davada Aleksandr Ruslanın qardaşını təhqir edib. Əvvəlcə şifahi mübahisə yaranıb. Daha sonra isə mübahisə qızışıb və nəticədə Ruslan özündən fiziki cəhətdən zəif olan Aleksandra yumruq zərbəsi endirib. Babareviç bir zərbə ilə asfalta yıxılıb və həyatını itirib.

R.İsayev hazırda həbsdədir. Ona qarşı "qətl" maddəsi üzrə cinayət işi açılıb. İstintaq aparılır. Pepperoni pizza

Qafqazinfo

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!