Azercell-dən Yeni il kampaniyası!

saytların hazırlanması

Evə çatdırılma

Azercell-dən Yeni il kampaniyası!

Rəqəmsal

24 Dekabr 2024 17:56 2389


Lider mobil operator “OPPO” və “Honor” cihazlarını əldə edən müştərilərə 3 ay boyunca 5 GB internet hədiyyə edir

Azercell Yeni il ərəfəsində abunəçiləri üçün xüsusi kampaniya elan edir. Lider mobil operator “OPPO” və “Honor”  cihazları əldə edən fakturasız xətt abunəçilərinə 3 ay boyunca 5 GB internet hədiyyə edir. 

Kampaniya çərçivəsində müştərilər “Honor” və “OPPO” cihazlarını "Azercell Eksklüziv" və ya rəsmi diler mağazalarından ala bilərlər. Həmçinin “OPPO” cihazlarını "Kontakt Home" mağazalar şəbəkəsindən də əldə etmək mümkündür.    pizza sifarişi

Kampaniya 229 AZN-dən başlayan cihazlara şamil olunur və 5 GB hədiyyə internet paketi 3 ay boyunca hər 30 gündən bir avtomatik qaydada yenilənir.

Kampaniya 10 yanvar 2025-ci il tarixinədək qüvvədədir. 

Daha ətraflı məlumat üçün: 

OPPO 2025 | Azercell

HONOR 2025 | Azercell

“Azercell Telekom” MMC bütün Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!