Azercell əməkdaşları tələbələrlə görüşdülər

saytların hazırlanması

Evə çatdırılma

Azercell əməkdaşları tələbələrlə görüşdülər

Sosial

14 Fevral 2019 20:50 896


Azərbaycanda gənclərin peşəkar və fərdi inkişafına daim dəstək olan, Korporativ Sosial Məsuliyyət strategiyasında təhsilin inkişafına tövhə verən “Azercell Telekom” MMC , Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH Qrupları Karyera Akademiyası proqramı çərçivəsində daha bir layihəyə dəstək verdi.

“Yeni Sabah” xəbər verir ki, 12-14 fevral tarixlərində Qubada təşkil edilmiş SABAH Karyera Qış Məktəbində Azercell şirkətinin əməkdaşları tələbələrə təlimlər keçib, bilik və təcrübələrini onlar ilə bölüşüblər. Azercell Akademiyasının peşəkar təlimçiləri Vahida Orucova, Sevinc Teymurova və Ceyhun Süleymanov “Təqdimat Bacarıqları” və “Karyera brendini yarat” mövzusunda təşkil olunmuş master-klassda tələbələr qarşısına çıxış ediblər. İki gün davam edən təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib. 

Qeyd edək ki, 2017-ci ildə Təhsil Nazirliyi SABAH qrupları və “Azercell Telekom” MMC arasında memorandum imzalanıb.  Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!