“Azərişıq“ sədri sabah Salyanda vətəndaşları qəbul edəcək

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq“ sədri sabah Salyanda vətəndaşları qəbul edəcək

Sosial

08 Sentyabr 2022 12:34 731


"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov sabah saat 10:00-da Salyan şəhərində Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə “Yeni Sabah”a qurumdan bildirilib.

Məlumata görə, qəbul Salyan rayon İcra Hakimiyyətinin inzibati binasında (Təbriz Xəlilbəyli küçəsi, 136 ünvanında) keçiriləcək. pizza mizza

Qəbulda iştirak etmək istəyən şəxslər Salyan Elektrik Şəbəkəsinə və yaxud "Azərişığ"ın 199 çağrı mərkəzinə, info@azerishiq.az elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və yaxud immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!