“Azərişıq” və “Azəriqaz”da qiymətlər bahalaşır? – RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq” və “Azəriqaz”da qiymətlər bahalaşır? – RƏSMİ AÇIQLAMA

Sosial

03 Mart 2021 08:04 1198


Son günlər Azərbaycanda əsas müzakirə mövzusu qiymət artımları ilə bağlıdır. Sudan istifadəyə görə tariflərin dəyişməsinin və ödənişlərin artırılmasının elektrik enerjisi və mavi yanacağın da qiymətinə təsir edəcəyi barədə fikirlər yaranıb.

“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı Qazet.az-a açıqlama verən "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov bildirib ki, hazırda qiymətdə dəyişiklik yoxdur.

"Azəriqaz" İB tarif tənzimlənməsini həyata keçirmir. Bu işə Tarif Şurası baxır. Məsələ Tarif Şurasının səlahiyyətləri daxilindədir", - deyə C.Səfərov qeyd edib. Pepperoni pizza

İqtisadiyyat Nazirliyindən isə Qazet.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Tarif Şurası qiymət tənzimlənmələrini qurumların müraciəti əsasında araşdıraraq qərar qəbul edir. Yəni, sözügedən qurumların müraciəti olacağı təqdirdə məsələyə baxıla bilər.

"Azərişıq" ASC-nin Mətbuat katibi Vaqif Aydınoğlu da qiymət artımı ilə bağlı heç bir müraciətin edilmədiyini söyləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!