Avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında həlak olduğu bildirilən Mübariz Məmmədovun axtarışları davam etdirilir.
Yenisabah.az FHN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, hazırda nazirliyin axtarış-xilasetmə qrupları təlim görmüş itlərdən, xüsusi alpinist avadanlıq və ləvazimatlarından istifadə etməklə dumanlı və çiskinli hava şəraitində sıldırımlı qayalarda və səthi buz bağlamış yarğanlarda axtarışlar aparırlar.
Çətin keçilən yerlərdə axtarış-xilasetmə işlərində drondan da istifadə olunur. pizza hut
Axtarışa Daxili İşlər Nazirliyinin əməkdaşları da cəlb olunub.
Telegram kanalımız