Bakı-Naxçıvan reysinin sərnişinlərinə çağırış 

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Naxçıvan reysinin sərnişinlərinə çağırış 

Sosial

12 Sentyabr 2023 16:00 530


Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səyahət etməyi planlaşdıran sərnişinlər aviabilet alarkən şəxsiyyət vəsiqəsinin və ya pasportun əslini təqdim etməlidirlər. 

Bu barədə Yenisabah.az-a "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib. 

Bu, sərnişinlər haqqında məlumatların düzgünlüyünün və etibarlılığının təmin edilməsi, habelə onların hüquq və mənafelərinin müdafiəsi məqsədinə xidmət edir.  Dördpendirli pizza

Bundan əlavə, AZAL sərnişinlərə kassalarında yarana biləcək növbələrin qaşısını almaq məqsədilə biletləri aviaşirkətin www.azal.az rəsmi saytından onlayn almağı tövsiyə edir. Bu, həmçinin hər bir səyahətçinin vaxtına qənaət etməyə kömək edəcək.

AZAL-ın rəsmi saytından Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletlərin əldə edilməsi ilə bağlı əlavə məlumatı: www.youtu.be/9PiPTkNkBSU linkinə daxil olmaqla əldə etmək olar.

Sual yarandığı təqdirdə sərnişinlər callcenter@azal.az elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə Çağrı mərkəzinə müraciət edə bilərlər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!