Bakı sakinlərinə ŞAD XƏBƏR: Piyada keçidlərinə lift quraşdırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakı sakinlərinə ŞAD XƏBƏR: Piyada keçidlərinə lift quraşdırılacaq

İqtisadiyyat

05 Noyabr 2026 08:55 556


Bakı Şəhər İcra Hakimiyyətinin “Lifttəmir” İstehsalat Birliyi paytaxtın yeraltı və yerüstü piyada keçidlərində lift, eskalator və platformaların yenilənməsi, eləcə də əsaslı təmiri üzrə işlər həyata keçirir.

“Yeni Sabah” xəbər verir ki, birinci satınalma müqaviləsi çərçivəsində Bakı şəhərinin 19 fərqli ünvanında yerləşən keçidlərdə liftlərin yenilənməsi, əsaslı təmiri, eskalatorların və əlil arabaları üçün nəzərdə tutulmuş platformaların yeniləri ilə əvəzlənməsi həyata keçiriləcək və bu işlərə 9 milyon 991 min 530 manat ayrılıb.

İkinci müqavilə isə paytaxtın 12 fərqli ünvanındakı keçidləri əhatə edir. Burada lift, eskalator, travelator, eləcə də əlil arabaları üçün platformaların yeni avadanlıqlarla əvəz olunması nəzərdə tutulur ki, bu layihənin də dəyəri 9 milyon 998 min 650 manat təşkil edir. Dominos pizza

Ümumilikdə bu işlərin həyata keçirilməsinə 19 milyon 990 min 180 manat məbləğində vəsaitin yönəldilməsi paytaxtın piyada infrastrukturunun təhlükəsizliyinin və rahatlığının təmin olunmasına xidmət edəcək.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!