Gələn həftə Ermənistanın KTMT-də taleyi həll olunacaq - Rusiya XİN

saytların hazırlanması

Evə çatdırılma

Gələn həftə Ermənistanın KTMT-də taleyi həll olunacaq - Rusiya XİN

Dünya

06 Noyabr 2026 09:27 99


KTMT Kollektiv Təhlükəsizlik Şurası gələn həftə Ermənistanı təşkilatdakı səsvermə hüququndan məhrum etmək qərarına gələ bilər.

"Yeni Sabah" xəbər TASS-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.

O qeyd edib: "Ermənistan 2 ildən çoxdur ki, üzvlük haqqını ödəmir, ona görə də məsələyə yenidən baxıla və üzvlüyün müvəqqəti dayandırılması, daha dəqiq desək, üzvlük haqqı ödənilənə qədər səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul edilə bilər. Bu, nizamnamədə, konkret bir maddədə nəzərdə tutulan sırf texniki məsələdir. Toyuqlu pizza

Beləliklə, belə bir nəticə mümkündür, amma bu, prezidentin qərarından asılıdır".

Pankin xatırladıb ki, Rusiya KTMT-yə sədrlik edir və bütün gündəliyə görə məsuliyyət daşıyır:

"KTMT zirvəsi, ondan əvvəl xarici işlər və müdafiə nazirlərinin, Təhlükəsizlik Şuraları katiblərinin üçtərəfli görüşü keçiriləcək. Ermənistan məsələsi ən vacib olmaya bilər, amma ictimaiyyət üçün ən maraqlı ola bilər, çünki KTMT əməkdaşlıq, ortaq vəzifələr və məqsədlər haqqındadır. Düşünürəm ki, bu məsələyə baxılacaq".

Xatırlatma: KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası noyabrın 11-də Moskvada keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!