Səudiyyə Ərəbistanı Qırmızı dənizdəki neft tankerlərinə, hava limanlarına və infrastruktura edilən hücumları dayandırmaq məqsədilə Yəməndəki Husilər hərəkatı ilə danışıqlara başlayıb.
“Yeni Sabah” xəbər verir ki, keçirilən müzakirələrdə Husilər hərbi əməliyyatları tamamilə dayandırmaq üçün ağır şərtlər irəli sürüblər.
Husilər Səudiyyə Ərəbistanının illərdir davam edən hava zərbələri və blokada nəticəsində dəyən zərərə görə 51 milyard dollar təzminat ödənilməsini və Yəmənin meşru hökuməti kimi tanınmasını tələb ediblər. Toyuqlu pizza
Ər-Riyad rəhbərliyi üçün maliyyə kompensasiyası ilə yanaşı, Husiləri ölkənin qanuni hakimi kimi tanımaq şərti diplomatik və təhlükəsizlik baxımından böyük maneə yaradır. Hazırda tərəflər arasında danışıqlar davam edir, lakin Səudiyyə Ərəbistanı bu şərtləri rəsmən qəbul etməyib.
Nazim Hacıyev
Telegram kanalımız