Bakının mərkəzində fəaliyyət göstərən “Red Light” və “Gold” masaj salonlarını işlədən Gülnarə İsayevadan hədə-qorxu ilə 30 000 manat tələb olunub.
"Yeni Sabah" xitab24.az-a istinadla xəbər verir ki, hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə cinayət işi açılıb.
G.İsayevaya rüsvayedici məlumatlar yayma hədəsi gələn şəxsin 2002-ci il təvəllüdlü, Vətən müharibəsi iştirakçısı S.M (şərti) olduğu müəyyənləşib. Toyuqlu pizza
O özünü vəzifəli şəxs kimi tanıdaraq 30 000 manat qarşılığında himayədarlıq da təklif edib.
Gülnarə İsayevanın hüquq-mühafizə orqanlarına müraciətindən sonra 24 yaşlı şəxs saxlanılıb. Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Lakin təqsirləndirilən şəxsə 2 il sınaq müddəti müəyyən edilməklə onun cəzası şərti hesab olunub.
Telegram kanalımız