Sosial şəbəkələrdə “Bank of Baku” və onun əməkdaşlarının fəaliyyətindən ciddi narazılıq ifadə olunub.
“Yeni Sabah” xəbər verir ki, Murad Əliyev adlı müştərinin bildirdiyinə görə, neçə gündür bankın onlayn əlaqə kanalları — çat, WhatsApp, Messenger və Instagram bölmələri vasitəsilə olunan müraciətlərə heç bir cavab verilmir.
Şikayətçi qeyd edib ki, yaranmış problemdən xəbərdar olunsalar da, müştərilərə qarşı hörmətsizlik göstərilir, operatorlar qeyri-etik davranış nümayiş etdirirlər. Vətəndaş baş verənlərlə bağlı Mərkəzi Banka, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, eləcə də operatorun addımları ilə bağlı Polis Şöbəsinə rəsmi müraciət edəcəyini bildirib. pizza hut
Cəlalə Cəlalqızı
Telegram kanalımız