Almaniyada gizlənən cani ekstradisiya olundu

saytların hazırlanması

Evə çatdırılma

Almaniyada gizlənən cani ekstradisiya olundu

Kriminal

06 Noyabr 2026 09:14 144


İnterpolun Azərbaycan Milli Mərkəzi Bürosunun beynəlxalq axtarışa verdiyi şəxs Almaniyadan ekstradisiya olunub.

"Yeni Sabah" xəbər verir ki, ekstradisiyanı Ədliyyə Nazirliyi həyata keçirib.

Elmir Nuriyev 2021-ci ildə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxsləri aldadaraq onlara məxsus mənzilləri təmir etdirəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verib. O, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.4-cü maddələri) ittiham olunub və həbs edilib. pizza

Nuriyev Almaniyadan gətirilib və məhkəmənin həbs qərarına əsasən istintaq təcridxanasına yerləşdirilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!