Bakıda ata ögey oğluna işgəncələr verib.
“Yeni Sabah” “Report”a istinadən xəbər verir ki, hadisə Nizami rayonu, R.Rüstəmov küçəsindəki evlərdən birində qeydə alınıb.
Belə ki, 28 yaşlı qadın polisə şikayət edərək qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşı, 26 yaşlı Rüstəm Bayramovun onun 10 yaşlı oğlu H.İ.-ni mütəmadi olaraq döydüyünü bildirib. pizza sifarişi
Qadın şikayətində qeyd edib ki, R.Bayramov oğlunun bədəninə buz sürtərək çılpaq vəziyyətdə hamam otağında qaranlıq vəziyyətdə saxlayır.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız