Bakıda benzin qıtlığı var? - SOCAR məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda benzin qıtlığı var? - SOCAR məlumat yaydı

Sosial

24 Dekabr 2024 14:11 558


Sosial şəbəkələrdə Bakı və regionlarda "Aİ-92" markalı benzinin qıtlığı ilə bağlı iddialar yayılıb.

Yenisabah.az xəbər verir ki, bununla bağlı SOCAR məlumat yayıb.

Şirkət bildirib ki, Bakı şəhərində fəaliyyət göstərən Neft Bazası Sahələrindən (NBS) sahibkarların yanacaq götürülməsi və daşınması üçün müvafiq şərait yaradılıb. Dominos pizza

"Bununla yanaşı, Bakıda yerləşən NBS-lərdən regionlara yanacaq daşınması prosesinin daha da təkmilləşdirilməsi məqsədilə SOCAR özəl şirkətlərlə müvafiq danışıqlar aparılır.

"SOCAR PETROLEUM" QSC-nin regionlarda fəaliyyət göstərən yanacaqdoldurma stansiyalarına yanacaq QSC-nin Bakı şəhərində fəaliyyət göstərən 1 və 22 saylı NBS-lərindən şirkətin nəqliyyat vasitələri ilə təchiz edilir.

Gələcəkdə də yaranacaq hər hansı bir sual ilə bağlı ediləcək müraciətlərə tərəfimizdən müvafiq qaydada baxılacaq", - qurumdan qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!