Bakıda bıçaqlanan kişi xəstəxanada öldü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bıçaqlanan kişi xəstəxanada öldü

Kriminal

18 Mart 2020 00:49 703


Bakının Səbail rayonunda beş gün əvvəl bıçaqlanan 47 yaşlı şəxs xəstəxanada ölüb.

"Yeni Sabah" xəbər verir ki, hadisə martın 13-də Bayıl qəsəbəsində qeydə alınıb.

1973-cü il təvəllüdlü Bujdelev Viktor Vladimiroviç tanışı tərəfindən bıçaqlanıb. O, həmin gün 1 saylı Xəstəxanaya yerləşdirilib. Yaralı cərrahi əməliyyat olunub. Onun halı bu gün qəfildən pisləşib. Həkimlərin müdaxiləsinə baxmayaraq, V.Bujdelevin həyatını xilas etmək mümkün olmayıb. pizza

Faktla bağlı Səbail Rayon Polis İdarəsi və 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!