Bakıda cəzalandırılan prokurorluq əməkdaşlarının sayı açıqlandı
21 Yan 2021 19:15
344

Bakıda cəzalandırılan prokurorluq əməkdaşlarının sayı açıqlandı

Bakı şəhəri üzrə bir əməkdaş prokurorluq orqanlarından xaric edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Bakı şəhər prokuroru İlqar Abbasov Bakı şəhər Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində bildirib.

Qeyd olunub ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.

Belə ki, ötən il ərzində Baş Prokurorluq üzrə müvafiq əmrlərlə şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 8 nəfər intizam məsuliyyətinə cəlb edilib, onlardan 1 nəfər tutduğu vəzifədən azad olunub, 5 nəfərə töhmət elan edilib, 1 nəfərə irad tutulub, 1 nəfər rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric olunub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər